18 C
Baku
Thursday, April 25, 2024

Energetika naziri: Avropaya gələcəkdə “yaşıl enerji”nin ixracı planlaşdırılır

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Yunanıstanın ətraf mühit və energetika naziri Konstantinos Skrekasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlərə dair müzakirələr aparılıb.

Nazir Pərviz Şahbazov Avropaya təbii qazla yanaşı gələcəkdə “yaşıl enerji”nin də ixracının planlaşdırıldığını diqqətə çatdırıb.

Konstantinos Skrekas Cənub Qaz Dəhlizinin qaz mənbələri və marşrutların diversifikasiyası baxımından Yunanıstan üçün böyük önəm daşıdığını qeyd edib. Nazir layihənin genişlənməsinə və qaz həcmlərinin artırılmasına yüksək maraq ifadə edərək, bu sahədə bağlantı kəmərlərinin əhəmiyyətini vurğulayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər