15 C
Baku
Thursday, May 16, 2024

Enerji qiymətlərinin apreldə düşməsi Avrozonaya “nəfəs almağa” imkan verib

Avrozonada inflyasiya bir qədər azalıb.

Bu barədə Banker.az Avrostata (Avropa Statistika Bürosu) istinadən xəbər verir.

2022-ci ilin aprel ayı üzrə orta illik inflyasiya 7.4% olub.

Qeyd edək ki, bu mart ayında 7.5% idi və eləcədə aprel üçün də birjalar bir o qədər bir səviyyəni gözləyirdilər.

Aylıq ifadədə istehlak qiymətləri ineksində ən yüksək orta illik inflyasiya enerji daşıyıcıları üzrədir. Bu rəqəm aprel ayında orta illik 37.5% idi, lakin qeyd edilməlidir ki, aprel ayında qiymətlərdə soyuma olub – 4% defilyasiya (ucuzlaşma) baş verib.

Avrostat deyir ki, aprel ayı üzrə illik inflyasiya 8.1% olub.

2342343234443423445

Avrozonada ən çox bahalaşma Estoniya (19.1%), Litva (16.6%) və Çex Respublikasındadır (13.2%) olub.

Ən aşağı qiymət artımları hər biri 5.4% ilə Malta və Fransada qeydə alınıb.

Qeyd edək ki, avro 2002-ci ilin sonundan bu tərəfə ABŞ dollarına qarşı ən zəif məzənnəsini nümayiş etdirir. EUR/USD məzənnəsi 1.04 səviyyəsindən də ötən həftə aşağı düşdü. Səbəb isə yüksək inflyasiya və ABŞ mərkəzi bankı FED-in faiz dərəcələri aqressiv artımına rəğmən Avropa Mərkəzi Bankının gözləmə mövqeyində dayanmasıdır.

2222 1

Son xəbərlər
 ⁠
Digər xəbərlər