19 C
Baku
Wednesday, May 1, 2024

Enişteyndən problemin həlli düsturu

Biz hamımız eyni bir fikri qəbul etmişik. İnsanlar belə düşünürlər bir iş üzərində ən xırda detallarına qədər çox düşünməklə işə heç nədən başlaya bilmərik. Bu gün ki dövrümüzün əsas devizi – “hərəkət et”dir.

Əgər daima nələrəsə cəhd etsəniz mütləq bu variantlardan biri özünü doğruldaraq sizi zəngin, məşhur və yaxud da sadəcə uğurlu bir şəxs edəcək. Eynşteynin bütün bunlara baxış tərzi fərqli idi. O çox düşünür, az fəaliyyət göstərirdi və hazırda Albert Eynşteyni tanımayan demək olar ki, yoxdur. Eynşteyn dahi idi və onun problemlərin həlli düsturu da dahiyanə idi.

Einşteyn özünün heç bir xüsusi istedadının olmadığını və yalnızca hər şeyə həddindən artıq maraq göstərdiyini bildirirdi. Həmçinin o öyrəndiklərinin təhlili və yaxından araşdırılması üçün zamanın ayrılmasının çox vacib olduğunu bilirdi. Və məhz bu gün bizdə bu bacarıq çatışmır.

İnnovasiya üzrə məsləhətçi və müəllif Jeffrey Phillips belə bir əhvalat danışır:

Einşteyndən bir problemin həlli üçün nə qədər zaman xərclədiyini soruşduqda o cavab vermişdi ki, o problemin təhlili və alternativlərinin təyin olunmasına 55 dəqiqə, həllinə isə 5 dəqiqə ayırır. Bu üsul bu gün bir çox liderlərin fəaliyyətində öz əksini tapmışdır. Problemi təyin edib daha sonradan ən uyğun həll yolunun tapılması üçün öyrənmək əvəzinə həll yollarının tapılmasına xüsusi diqqət ayrılır. Beləliklə problemin ən xırda detallarına qədər araşdırılmadan həll edilməsi güman ki, verdiyiniz ən uğurlu qərar olmayacaq və daha sonradan dəfələrlə yeni həll yolları axtarmaq məcburiyyətində qalacaqsınız.

Phillips hesab edir ki, biz səmərəliliyə üstünlük verdikdə innovativlik məhv olur. Düşünməyə az zaman ayırmaqla biz problemlərin həllində bizə kömək edə biləcək daha qiymətli perspektivləri qiymətləndirməmiş və onlardan istifadə etməmiş oluruq. Biz hər şeyi anındaca həll etməyə çalışırıq, elektron poçtumuza gələn bütün məktubları dərhal cavablandırmağa çalışırıq və çox zaman bizdən düşünməyə vaxt vermədən praktiki olaraq tez bir zamanda cavab vermək tələb olunur.

Bütün bunları nəzərə alaraq qısaca deyə bilərik ki, bir problemlə üzləşdikdə onun həll yollarını ən xırda detallarına qədər araşdırdıqdan sonra qərarlar verin.

Beləliklə siz işinizin gələcəkdə nə nəticələr verdiyini də təxmin edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər