10 C
Baku
Friday, December 13, 2024

Afrika İnkişaf Bankı

0
Afrika İnkişaf Bankı
ICOAST-ADB-BANK...Flags fly on the provisional headquarters of the African Development Bank on September 8, 2014 in Abidjan after a ceremony marking the effective return of the operations of the Bank to Abidjan. The Bank had moved to Tunisia over 10 years ago due to political instability in the Ivory Coast. AFP PHOTO / SIA KAMBOU (Photo credit should read SIA KAMBOU/AFP/Getty Images)

Have a Question?

Afrika İnkişaf Bankı (AİB) 1964-cü ildə Afrika Birliyi Təşkilatının (ABT) təşkili ilə yaradılıb. Onun fəaliyyətinin əsas məqsədi Afrika ölkələrinin iqtisadi inkişafına və sənayeləşməsinə, habelə dünya bazarından asılılığının zəifləməsinə kömək etməkdir.

Baş qərargah Abidjan şəhərində (Kot d’İvuar) yerləşir. Ən böyük səhmdarlar Nigeriya, Əlcəzair, Liviya, Mərakeş, Cənubi Afrika, Misir və Zairdir. Kapital 100 milyard ABŞ dollarına yaxındır.

AİB özündə Afrika İnkişaf Fondu və Nigeriya Güvən Fondunu birləşdirən qrupudur.

Bu gün bütün Afrika ölkələri bankın üzvüdür (Liviyadan başqa 51 dövlət). AİB, həmçinin ABŞ, Yaponiya, Çin, Kanada, Braziliya, Hindistan və Qərbi Avropa da daxil olmaqla 24 regional olmayan iştirakçıya malikdir.

AİB-in təşkilati quruluşunun özəlliyi ondadır ki, burada bank işçisi kimi yalnız afrikalılar çıxış edə bilər,  xarici mütəxəssislər isə yalnız kənar mütəxəssislər kimi iştirak edirlər.

Afrika İnkişaf Bankının fəaliyyətinin əsas istiqamətləri:

– regional üzv ölkələrin iqtisadi və sosial inkişafına yardım

– investisiya proqramlarının və layihələrinin maliyyələşdirilməsi

– dövlət-özəl tərəfdaşlıq mexanizmlərinin inkişafı

– sindikatlaşdırılmış kredit təmin etmək üçün çoxtərəfli inkişaf institutları ilə koordinasiyа 

– üzv ölkələrə bank zəmanətlərinin verilməsi

– inkişaf layihələrinin hazırlanmasında regional üzv ölkələrə texniki yardım

Bank maliyyələşdirməsinin əsas sahələri kənd təsərrüfatı və infrastrukturdur.