3 C
Baku
Saturday, December 14, 2024

Auditor kimdir?

0

Have a Question?

Auditor – əsas vəzifəsi ayrı-ayrı təşkilatların iş hesabatlarının düzgünlüyün yoxlamaqdan ibarət olan şəxsə deyilir. 

Auditor yalnız mühasibat uçotu və idarəetmə deyil, həm də vergi uçotunun bütün nüanslarını bilməlidir. Bundan əlavə, o, biznes planların necə qurulduğunu və həyata keçirildiyini, təşkilatın zəif tərəflərini harada axtarmaq lazım olduğunu başa düşməlidir. Bunlar olmadan maliyyələşmə bölgüsünü aparmaq və ya mövcud sənədləri yoxlamaq mümkün deyil. Bundan əlavə, auditor üçün iş zamanı daxili nəzarət, korporativ idarəetmə və iqtisadi təhlil, statistika, risklərin idarə edilməsi və strateji planlaşdırma kimi sahələrdə məlumatlı olmaq vacibdir. Bu bacarıqlara sahib olan və onların praktikada necə tətbiq olunacağını bilən mütəxəssis, səhvləri tapıb onların ən rasional həlli yolunu seçə biləcəkdir. Çoxları auditorun kim olduğunu bilməyərək, onun əməyini sadə və əhəmiyyətsiz hesab edirlər. Lakin bu cür fərziyyələrin həqiqətlə heç bir əlaqəsi yoxdur. 

Auditorun yerinə yetirdiyi iş mürəkkəbdir və daim diqqət, dərin biliklər tələb edir.