1 C
Baku
Saturday, December 14, 2024

Anderrayter kimdir?

0

Have a Question?

Anderrayter (ing. underwriter – sığortaçı) – fəaliyyəti risklərin qiymətləndirilməsi və qəbulu ilə bağlı olan mütəxəssis və ya şirkədir.

Təsəvvür edin ki, iki iş yoldaşınız sizdən borc istəyir. Onlardan biri punktual, vicdanlı və yüksək maaşlıdır, digəri isə hələ yeni işə düzəlib və ofisin yarısına borcludur. Bunlar borc verib-verməməyə qərar verməzdən əvvəl qiymətləndirəcəyiniz risklərdir.

Anderrayter rolunda həm şirkət (məsələn, bank), həm də fiziki şəxs çıxış edə bilər.

Anderrayterlər müxtəlif sahələrdə çalışırlar:

Bank işi. Banklardakı anderrayterlər kreditlərin, xüsusən də ipotekaların verilməsi zamanı risklərin qiymətləndirilməsində iştirak edirlər. Əslində, anderraytinqin iki növü var: 1) avtomatik (və ya kredit skorinqi) – kiçik kreditlər, 2) fərdi – böyük kreditlər üçün. Sonuncu borcalan haqqında bütün məlumatların hüquqşünasların və təhlükəsizlik xidmətləri tərəfindən diqqətlə yoxlanılmasını nəzərdə tutur.

Sığorta. Sığorta şirkətlərində anderrayterlər sığortanın verilməsi zamanı tarif dərəcələrini və sığorta şərtlərini hazırlayır və riskləri qiymətləndirirlər.

Qiymətli kağızlar bazarı. Qiymətli kağızlar bazarında anderrayter (adətən şirkət, investisiya bankı) onların buraxılması və yayılmasına nəzarət edir. Ayrıca IPO anderrayterini vurğulamaq lazımdır –  o, səhmlərini yerləşdirmək istəyən şirkətə investisiya cəlbediciliyini qiymətləndirməyə və səhmlərin qiymətlərini təyin etməyə yardımçı olur.

Tarix

Anderrayterlər bir neçə əsr əvvəl, naviqasiyanın inkişafı dövründə meydana çıxıblar. Gəmi sahibləri mülklərini sığortalamaq istəyiblər, iş adamları isə risk və öhdəliklərin bir hissəsini öz üzərinə götürüblər, sənəddə şərtləri qeyd edib imza çəkiblər. Versiyalardan birinə görə, hərfi mənada “anderrayter” sözü “altında yazan” deməkdir.