Have a Question?
Bank klasteri – bank müəssisələrinin bir rayon və ya küçə sərhədləri daxilində yerləşməsinə deyilir. Bu fenomen dünya təcrübəsində olduqca geniş yayılıb. Bir qayda olaraq, bank klasterləri müxtəlif səbəblərdən formalaşırlar.
Əsas səbəb ondan ibarətdir ki, kredit təşkilatları öz müəssisələrinə qarşı müəyyən tələblər irəli sürürlər və nəticədə bank biznesi bu şərtlərə uyğun olan ərazilərdə cəmləşir.
Buna baxmayaraq, bəzən bank klasterləri həmçinin kortəbii şəkildə formalaşırlar. Məsələn, 1666-cı ildə Böyük Britaniyada (City of London) baş verən yanğından sonra həmin ərazidə bank klasterləri meydana gəlmişdir. 19-cu əsrə qədər isə “City of London” dünyanın ən böyük maliyyə mərkəzlərindən birinə çevrildi. Hal-hazırda burada İngiltərə Bankı da daxil olmaqla dünyanın ən böyük bankları və transmilli şirkətlərin qərargahları yerləşir, həmçinin London fond birjası, investisiya və maliyyə fondları, Mərkəzi Cinayət Məhkəməsi, hüquqi və sığorta şirkətləri və s. Qeyd edək ki, “City of London” da yaşayan insanların sayı 8 minə, çalışanların sayı isə 300 minə çatır.
Daha bir bank klasteri ABŞ-ın Nyu-York şəhərində yerləşir –“ Wall Street”. Bir çox maliyyə institutları burada 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində göydələnlərin inşası zamanı formalaşıb, Nyu-York birjası da həmçinin burada yerləşir.