19 C
Baku
Sunday, May 5, 2024

Bankın sanasiyası dedikdə, nə başa düşülür?

0

Bankın sanasiyası dedikdə, nə başa düşülür?

Bankın sanasiyası (latın dilində sanatio – müalicə) dedikdə, müəssisənin iflasının qarşısını almaq, habelə “maliyyə sağlamlığı” nı bərpa etmək üçün görülən tədbirlər məcmusu nəzərdə tutulur.

Sanasiya zamanı kredit təşkilatına müəyyən maliyyə vəsaiti ayrılır ki, onun köməyi ilə müəssisə ödəmə qabiliyyətini bərpa edə və öhdəliklərini yerinə yetirə bilər.

“Problemli” bankların sanasiyası ya dövlətin, ya da investorların dəstəyi hesabına həyata keçirilir. Sanasiya maliyyə təşkilatının iflasının qarşısını almaq mümkün olduğu halda həyata keçirilir.

Sanasiya banka bağlı olan həm fiziki, həm hüquqi şəxslər üçün sərfəlidir – onlar öz əmanətlərini qoruyub saxlamaq imkanını əldə edirlər.