5 C
Baku
Saturday, December 14, 2024

Gizli devalvasiya nədir?

0

Have a Question?

Gizli devalvasiya – qeyri-rəsmi devalvasiya, yəni milli valyutanın digər valyutalara nisbətdə aşağı düşməsi. Gizli devalvasiya zamanı dövlət orqanlarının valyuta siyasətinə cavabdeh olan nümayəndələri buna heç bir rəsmi açıqlama vermirlər.

Gizli devalvasiya olduqda, məzənnəni müəyyən səviyyədə saxlamaq üçün heç bir tədbir görülmür (məsələn, valyuta müdaxilələri).

Gizli devalvasiyanın bir neçə səbəbi ola bilər:

– birincisi, iqtisadi və siyasi vəziyyətin qeyri-sabitliyi, dünya maliyyə və əmtəə bazarlarında əlverişsiz vəziyyət və kütləvi kapital axını;

– ikincisi, psixoloji məqamlar – əhali xarici valyutaya üstünlük verməyə başlayır və bütün əmanətlərini xarici valyutaya çevirir;

Gizli devalvasiyanın fərqli xüsusiyyətlərindən biri odur ki, bu kifayət qədər uzun bir prosesdir. Məzənnənin düşməsi bir gündə deyil, güclər və həftələr ərzində baş vermir.

Bir qayada olaraq, milli valyutanın dəyərinin azalması ölkənin bütün iqtisadiyyatı ilə əlaqəli fundamental proseslərə əsaslanır: ÜDM artımının yavaşlaması, inflyasiya, işsizlik və s. Belə bir vəziyyətdə mərkəzi banklar tərəfindən atılan hər hansısa tədbir situasiyanı dəyişdirə bilməzdi.

Gizli devalvasiyanın həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət cəhətləri sırasında ixrac olunan mal və xidmətlərin rəqabət qabiliyyətinin artmasını qeyd etmək olar, bəzi hallarda devalvasiya yerli istehsalı stimullaşdıra bilər.

Digər tərəfdən, devalvasiya əhalinin yoxsullaşması, alıcılıq qabiliyyətinin azalması və həyat səviyyəsinin aşağı düşməsi kimi problemlərə gətirib çıxarır.