17 C
Baku
Sunday, May 5, 2024

Borcların konsolidasiyası nədir?

0

Borcların konsolidasiyası nədir?

Borcların konsolidasiyası – (ing. debt Consolidation) – bir qayda olaraq, azaldılmış faizlərlə borcları ödəmək üçün bir neçə kredit hesabının birləşdirilməsi.

İstehlak kreditləşməsində bu üsul inkişaf etmiş Qərb ölkələrində geniş yayılıb, borcların konsolidasiyası ilə vasitəçi şirkətlər məşğul olurlar. İlk baxışdan borc idarəçiliyinin bu üsulu faydalı görünür: bir kredit hesabını idarə etmək daha asandır, faiz dərəcələri azaldıla bilər və s. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, nəticədə müştərilər borc konsolidasiya proqramları ilə adi kredit ödənişləri ilə ödəyə bildiklərindən daha çox pul ödəyirlər. Bundan əlavə, bu sahədə vicdansız vasitəçi şirkətlər tərəfindən fırıldaqçılıq və yerinə yetirilməmiş öhdəliklər hallarının sayı çox olur.