-1 C
Baku
Sunday, December 15, 2024

Listinq nədir?

0

Have a Question?

Listinq – qiymətli kağızın birjada hərraca buraxılması. Adətən listinq qaydaları mövcud qanunvericiliyə əsasən birjaların özləri tərəfindən müəyyən edilir. Əks prosedura delistinq deyilir.

Emitentin qiymətli kağızlarının birjada dövriyyəyə buraxılması üçün şirkətə kapitallaşmanın həcmi, buraxılmış və dövriyyədə olunan qiymətli kağızların sayı, məhsul və ya xidmətlərin satış həcmi, minimum balans saldosu və s. kimi bir sıra tələblər təqdim olunur. Bundan əlavə, emitent biznesin şəffaflığı, şirkətin açıqlığı, potensial investorların etibarlı məlumat əldə etməsi ilə bağlı müəyyən standartlara uyğun olmalıdır.

Listinq emitentə bir sıra üstünlüklər verir. Əsas odur ki, birjaya giriş qiymətli kağızları investorlara təklif etməyin ən sadə və ucuz yoludur. Şirkətin səhmləri və ya istiqrazları birjada kotirovka edilməyə başlandıqdan sonra onlar likvid olurlar. Bundan əlavə, qiymətli kağızların birjalar tərəfindən tanınması təşkilatın və onun rəhbərliyinin imicini xeyli yüksəltməyə kömək edir.