2 C
Baku
Saturday, December 14, 2024

Cirrus ödəmə sistemi

0

Have a Question?

Cirrus – “Cirrus System Inc.” şirkətinə məxsus olan banklararası ödəmə sistemidir. Bu ödəmə sisteminin bank kartlarından yalnız Cirrus və ya Eurocard/Mastercard simvollu bankomatlardan pul çıxarmaq olar. Cirrus ilə internetdə alış-veriş etmək mümkün deyil, bu debet kartıdır.

“Cirrus System Inc.” səhmlərinin 51%-i Mastercard ödəmə sistemi kartlarını təşviq edən “Mastercard International Corporation” şirkətinə məxsusdur. Adətən Cirrus kartı ayrılıqda deyil, digər bank məhsulları ilə birlikdə istifadə olunur.

Bu ödəmə sistemi pul köçürülmə əməliyyatları zamanı çıxılan komissiyanın aşağı olması ilə fərqlənir. Cirrus sisteminin kartları ən ucuz kartlardan biridir.