2 C
Baku
Saturday, December 14, 2024

Customer’s driven modeli nədir?

0

Have a Question?

“Customer’s driven” modeli (müştərinin idarə edilməsi) müştərinin hansı seqmentə aid olmasından asılı olaraq satış və xidmətə fərqli yanaşmanı nəzərdə tutur. Satıcı işində bütün diqqət satışdan əvvəlki mərhələyə yönəldilir (pre-sale). Müştərinin ehtiyacı zəruri olduğu halda satıcının əsas vəzifəsi tələbi formalaşdırmaqdır.

Bu model kütləvi seqmentlərlə müqayisədə həm maliyyə təşkilatının məhsul çeşidinə, həm də xidmətlərinə daha yüksək tələblərə sahib olan müştərilərə yönəldilir. Adətən “Customer’s driven” bank sektorunda müştəri üçün bələdçi olan işçi ilə fərdi əlaqə qurulmasını nəzərdə tutur. Belə olduqda, məhsul və xidmətlərin satılması xərcləri yüksək olmasına baxmayaraq, bankın gəlir səviyyəsi də həmçinin yüksək olur.

Model daha mürəkkəb davranış modeli olan seqmentlər üçün daha səmərəlidir. Lakin onun düzgün işləməsi üçün müştərilərin bölüşdürülməsi (seqmentləşdirilməsi) tələb olunur.

Qeyd etmək lazımdır ki, uzunmüddətli perspektivdə həm müştəri tərəfindən kredit təşkilatının seçilməsində, həm də bu əməkdaşlığın nə qədər yaxın və uzun olacağında qərarverici rol oynayan xidmət səviyyəsidir. Bu göstərici müştərinin bankda istifadə edəcəyi məhsul və xidmətlərin sayı ilə ölçülə bilər.

imgonline com ua PicOnPic dQqrYqnOMo96L