10 C
Baku
Thursday, December 12, 2024

Monetarizm nəzəriyyəsi nədir?

0

Have a Question?

Monetarizm nəzəriyyəsinin nümayəndələri pulun bütün iqtisadi proseslərə təsir edən əsas qüvvə olduğuna inanırlar. Monetarizm iqtisadiyyatdakı neoklassisizmin bir qoludur. Monetarizm baxımından dövlətin iqtisadiyyata müdaxiləsi pul dövriyyəsinə nəzarət etməklə məhdudlaşmalıdır. Dövlətin iqtisadi proseslərdə hər hansısa digər iştirakı balanssızlığa səbəb olur.

Monetaristlərin ideyalarına görə, dövlət real iqtisadi artıma xidmət göstərərək pul kütləsinin miqdarını tədricən artırmalıdır. İnsanlar qənaət etməyə meylli olduqları üçün pula tələbat daim artır, lakin burada da ehtiyatlı olmaq lazımdır. Belə ki, artım çox sürətlə baş verdiyi halda pul mal kütləsini üstələyir və inflyasiya baş verir. İnflyasiya uzunmüddətli perspektivdə istehlakçı tələbini azaldaraq iqtisadiyyata son dərəcədə mənfi təsir göstərir.

Monetarizm ideyaları ilə əlaqədar müəyyən yanlış təsəvvürlər var: monetaristlər pul emissiyasına qarşı çıxırlar, pul çap etməyə qoymurlar və hətta pulu iqtisadiyyatdan çıxarırlar. Əslində, monetaristlərin fikrincə, iqtisadiyyat üçün pul qıtlığı pul artıqlığı ilə eyni dərəcədə təhlükəlidir, çünki pul kütləsinin azlığı istehlakın azalmasına və nəticədə ÜDM səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Məhz bu səbəbdən pul kütləsinin artması iqtisadiyyatın artım tempi ilə eyni olmalıdır (əmtəə və xidmətlərin istehsalı).

Monetarizm nəzəriyyəsi mövcud formada 1950-1960-cı illərdə ortaya çıxıb, baxmayaraq ki, pulun iqtisadi proseslərdə əhəmiyyətli rol oynaması haqda hələ antik dövrlərdə yazılmışdı. Monetarizmin banisi Nobel mükafatı laureatı Milton Fidmandır. Onun əsərləri sırasına daxildir: “Pulun kəmiyyət nəzəriyyəsi: yeni versiya” (1956), “ABŞ-ın monetar tarixi, 1967-1960” (1963), “Monetar siyasətin rolu” (1968). Tanınmış iqtisadçılar və siyasətçilər arasında monetarizm nəzəriyyəsinin tərəfdarları arasında FED-in sabiq rəhbəri Pol Volker və Alan Grinspen, Birləşmiş Krallığın baş naziri Margaret Teçer və ABŞ prezidenti Ronald Reyqanı göstərmək olar.