9 C
Baku
Friday, December 13, 2024

Debet kartı ilə kredit kartı arasındakı fərq

0

Have a Question?

Debet kredit kartı arasındakı ən böyük fərq ondan ibarətdir ki, debet kartı vasitəsi ilə kredit almaq mümkün deyil. Əgər borc vəsaitlər tələb olunmursa və siz bu kartdan pulunuzu saxlamaq, alış-veriş etmək və digər bu kimi əməliyyatları həyata keçirmək məqsədi ilə istifadə edəcəksinizsə, debet kartını seçin.

Bundan əlavə, debet kartlarının illik xidmət haqqı adətən daha aşağı olur və onun verilməsi üçün demək olar ki, heç bir məhdudiyyət yoxdur (təkcə şəxsiyyət vəsiqəsi tələb olunur).
Debet kartında overdraft da nəzərdə tutula bilər. Müştərinin müraciəti əsasında bank daha əvvəl razılaşdırılmış tariflərlə kartın hesabına kredit məbləğini köçürür. Və burada overdraftı olan debet kartı ilə kredit kartını müqayisə etmək olar.


Hər iki kartın rəsmiləşdirilməsinin məqsədi kredit almaq ola bilər. Kartların oxşar cəhətləri:

  • nağd pulun mədaxil/məxaric edilməsi, alış-veriş, vəsaitin köçürülməsi və s. kimi xidmətlər;
  • milli və xarici valyutada kart hesabı açmaq imkanı;
  • əlavə kartların buraxılması imkanı;
  • əlavə xidmətlərin olması – internet bankçılıq, mobil bankçılıq, SMS-məlumatlandırma;
  • bonus proqramlarında iştirak etmək imkanı, cash back;

Kartların texniki xüsusiyyətləri eynidir – çip, təmassız ödəniş texnologiyası (PayPass – Mastercard, payWave – Visa), 3D Secure;
Plastikin üzərində göstərilən məlumatlar – kartın nömrəsi, istifadə müddəti, sahibinin adı, ödəniş sisteminin loqotipi, CVC və CVV kodları – həm debit, həm də kredit kartlarında var.

Debet və kredit kartları arasındakı fərq isə aşağıdakılardan ibarətdir:

  • kredit limitinin həcmi;
  • kreditləşmə müddəti;
  • limiti yeniləmək imkanı;

Overdraft kartlar üzrə adətən kredit müddəti var (1-2 ay) və limit kredit kartları ilə müqayisədə daha azdır.