5 C
Baku
Saturday, December 14, 2024

Overnayt depozit nədir?

0

Have a Question?

Overnayt depozit (ing. “overnight”) – hüquqi şəxsin qısamüddətli depozit (əmanət) növüdür.

Bu depozit üçün vəsait iş gününün sonunda şirkət tərəfindən ödənilir və ertəsi gün səhər saatlarında hesablanmış faizlə birlikdə müştəriyə qaytarılır, yəni vəsait bankda yalnız bir gecə qalır. Bundan əlavə, belə depozit həftə sonları və ya tətil müddətində də açıla bilər. Beləliklə, çox qısa müddətdə dövriyyədən pul çıxarmaqla, şirkət əlavə gəlir əldə etmək imkanını qazanmış olur.

Overnayt depozitin faiz dərəcəsi banklararası bazardakı vəziyyətdən asılı olaraq dəyişir və bank tərəfindən müəyyən edilir. Eyni zamanda, faiz dərəcəsinə təsir göstərən amillərdən biri də əmanətin həcmidir. Qeyd etmək lazımdır ki, overnayt depozitin faiz dərəcəsi hüquqi şəxslərin adi depozitləri ilə müqayisədə daha aşağı olur.