10 C
Baku
Friday, December 13, 2024

Executive summary (əsas müddəalar) nədir?

0

Have a Question?

“Executive summary” – startapın və ya şirkətin qısa xülasəsidir. Bu, investorlara göndərilən, biznesi təsvir edən bir-iki səhifəlik marketinq sənədidir.

“Executive summary”nin əsas məqsədi – biznesi təkcə təsvir etmək deyil, eyni zamanda onu investora satmaqdır. Bu sənəd qısa, dolğun və dəqiq olmalıdır.

Nüanslar

Yaxşı “executive summary” mütləq informativ və yığcam, habelə üç bölmədən ibarət olur:

1. Məhsulun və onu yaradan komandanın ətraflı təsviri;
2. Məhsulun inkişaf edəcəyi bazarın təsviri və imkanları;
3. Zəruri olan maliyyələşdirmə və onun istifadə qaydaları.

“Executive summary” sənədini bəzən təqdimatın tizeri də adlandırırlar, çünki burada layihənin əsas uğurlarını tapmaq mümkündür. “Executive summary” formatı investorlara böyük həcmdə məlumat oxumadan tez bir zamanda məhsulun onlar üçün maraqlı olub-olmadığını müəyyən etməyə yardımçı olur.

“Əsas odur ki, bütün bunları başa düşmək asan olsun”, – deyə sahibkarlar məsləhət verirlər.

Qeyd etmək lazımdır ki, “executive summary” standart “pitch deck”a sahib olmalı olduğunuzu inkar etmir. Heç də hamı “executive summary” formatını sevmir. Belə ki, bu format ən çox orta bazarlar üçün uyğundur.