5 C
Baku
Saturday, December 14, 2024

Foodsharing (qida qənaəti hərəkatı) nədir?

0

Have a Question?

“Foodsharing” (ing. food share – “yeməyi paylaşmaq”) – təşkilatlara və insanlara qida tullantılarını azaltmağa və ehtiyacı olanlara onu pulsuz əldə etməyə kömək edən qida qənaəti hərəkatıdır.

Daha sadə desək, mağazalar və ictimai iaşə obyektləri mütəmadi olaraq yararlılıq müddəti bitmiş və ya bitmək üzrə olan məhsulları atırlar. Eyni şeyi çox ərzaq alan insanlar da edir. Siz xüsusi saytlar vasitəsilə bu yeməkləri verə / toplaya, müvafiq olaraq dünyada aclıq probleminin həll edilməsinə töhfə verə bilərsiniz.

“Foodsharing”in məqsədi – zibilxanalara düşən qida miqdarını azaltmaqdır. Fəallar ətraf mühitin çirklənməsi və resursların səmərəsiz istifadəsi ilə belə mübarizə aparmağa, eyni zamanda yoxsulların qidalanması problemini həll etməyə çalışırlar.

Nüanslar

“Foodsharing”in əsas vəzifəsi qidanın boşa getməməsini təmin etməkdir. Ona görə də, onu yeyənlərin hansı gəlir və sosial vəziyyətdə olması o qədər də önəmli deyil – evsizlər, kasıblar, tələbələr, sadə ailələr, yemək bişirməyə vaxtı olmayanlar və s.

Əsas odur ki, qida tullantılarının zərərli olması probleminə diqqət çəkmək lazımdır: zibilxanada olan qidalar parçalanır və istixana effektini artıran metan və karbon qazı buraxır.

Bəzən paylayanlar şərtlər qoyurlar, məsələn: “Həftə ərzində yemək götürməyənlər üçün”. Bu, hərəkətdə mümkün qədər çox insanın iştirak etməsini təmin etmək üçün edilir.

Tarix

“Foodsharing” 2012-ci ildə Almaniyada “Tullantılar” filminin rejissoru, jurnalist Valentin Turn və “Pulsuz 5 il” eksperimentinin müəllifi Rafael Felmerin təşəbbüsü ilə yaranıb. Onlar hər kəsin yemək paylaşa və ya toplaya biləcəyi “Foodsharing.de” veb-saytını yaratdılar.

Pulsuz məhsulların paylanması ilə yanaşı, kafe, restoran, çörəkbişirmə sexləri, mağazalar və s.-yə müddəti bitmiş malları endirimlə satmağa imkan verən bazar tətbiqləri də meydana gəlir.