17 C
Baku
Sunday, May 5, 2024

GAAP (mühasibat üçotu prinsipləri) nədir?

0

GAAP (mühasibat üçotu prinsipləri) nədir?

GAAP (ing. Generally Accepted Accounting Principles) – ümumi qəbul edilmiş mühasibat uçotu prinsipləri.

– İstənilən milli iqtisadiyyatda qəbul edilmiş mühasibat uçotu qaydaları üçün ümumi termindir.

– ABŞ-da mühasibat uçotu qaydalarına aid termindir (US GAAP), 2018-ci ildə Donald Trampın vergi islahatının bir hissəsi kimi təqdim edilib.

Nüanslar

Ekspertlər US GAAP-ı qlobal iqtisadi sistemdə ən mühüm hesabat standartlarına aid edirlər. Səbəb – Amerika iqtisadiyyatının, o cümlədən birjalarının inkişafı və kapital cəlb etməsidir. US GAAP standartları təkcə ABŞ-da deyil, həm də Avstraliya, Böyük Britaniya və Hollandiyada geniş yayılıb.

USA GAAP-a alternativ IFRS-dir (Beynəlxalq Maliyyə Hesabatları Standartları). Onlar USA GAAP-dan daha çevik kimi təsvir edilir. Amerika standartları ümumiyyətlə daha aydındır və birmənalı şərh tələb edir.

Bununla belə, burada da nüanslar var. Məsələn, Amerika sistemində funksional valyuta seçiminə qarşı tələblər daha az sərtdir, kapitaldakı dəyişikliklər haqqında ətraflı hesabat tələb edilmir, lakin müəssisənin növü (fərdi, tərəfdaşlıq və ya korporasiya) üzrə hesabatın spesifik cəhətləri var.