9 C
Baku
Thursday, December 12, 2024

Slip nədir?

0

Have a Question?

Slip – bank kartı ilə əməliyyatın aparıldığını təsdiq edən sənəddir (qəbz). Adətən üç qatlı blanklar formasında olur.

Satıcı (kassir, operator) mexaniki cihaz vasitəsilə bank kartının relyefli rikvizitlərini slip üzərinə köçürür. Çekin üstündə həmçinin ticarət nöqtəsi haqqında informasiya əks etdirilir. Həyata keçirilmiş əməliyyat (məbləğ və əməliyyatın keçirildiyi tarix, valyuta, avtorizasiya kodu) satıcı tərəfindən əlavə olunur. Daha sonra bu üç komponent ayrıca həm kassir, həm də müştəri tərəfindən imzalanır. Birinci nüsxə kart sahibinə, ikinci nüsxə satıcıya, üçüncü nüsxə isə banka verilir.

Düzgün tərtib edilmiş slip, əməliyyatın kartın fiziki iştirakı ilə keçirildiyini təsdiqləyir. Sənəd kassir tərəfindən düzgün tərtib edilmədiyi təqdirdə isə slip kart sahibinin iştirakı ilə ləğv edilir. Slipdə kartın PİN-kodu göstərilmir.