19 C
Baku
Sunday, May 5, 2024

MaaS (xidmət kimi mobillik) nədir?

0

MaaS (xidmət kimi mobillik) nədir?

MaaS (Mobility as a Service – “Xidmət kimi mobillik” və ya “Xidmət kimi nəqliyyat vasitələri”) – şəxsi nəqliyyatdan imtina etmək və ictimai nəqliyyat, icarə xidməti və ya “sharing” xeyrinə seçim etmək konsepsiyasıdır.

Daha sadə desək, bir insanın işi və ya həyat tərzi çox səyahət etməyi nəzərdə tutursa, avtomobil almaq onun üçün əla seçimdir. Əgər o yalnız ara-sıra səyahət edirsə, taksi və ya icarə xidməti daha məqsədəuyğun olacaq. Bu halda siz yalnız xidmətin özünə görə (təyinat yerinə çatma) ödəniş edəcəksiniz. Və vergi, sığorta, benzin kimi xərclərdən qurtulacaqsınız.

MaaS konsepsiyası şəhərin vahid nəqliyyat infrastrukturu ilə təmin edilməsini nəzərdə tutur: siz özünüz üçün optimal marşrut seçə və asanlıqla təyinat nöqtəsinə çata biləcəksiniz.

MaaS konsepsiyasının populyarlığı arta-arta gedir. Belə ki, bu xidemət eyni anda bir neçə problemi həll edir: yolları boşaldır, tıxacları azaldır, ekologiyanı yaxşılaşdırır, həmçinin şəhər infrastrukturunun yaradılmasına kömək edir.

Nüanslar

MaaS dünyanın heç bir yerində tam olaraq tətbiq edilməmişdir, baxmayaraq ki, elementləri uzun müddət infrastrukturda mövcuddur və maddi cəhətdən kifayət qədər faydalıdır.

“BCG” konsaltinq agentliyinə görə, MaaS tətbiqinin dörd səviyyəsi var:

Birincisi. İstifadəçilər plan və üstünlüklərə əsasən optimal multimodal marşrutlardan faydalana bilirlər.

İkincisi. Vahid sistem bütün nəqliyyat növləri üçün ödəniş etməyə imkan verir.

Üçüncüsü. Platformada çevik qiymət formalaşdırma sistemi fəaliyyət göstərir.

Dördüncü. Sistem trafik axınını idarə edir.

Təcrübə

Fərqli ölkələrdə MaaS-in müxtəlif səviyyələrinə uyğun yeni texnologiyalar və proqramlar hazırlanır və tətbiq olunur.

Məsələn, Finlandiyada “Whim” tətbiqi işləyir. Proqram multimodal şəhər səfərlərini planlaşdırmağa və ödəməyə imkan verir.

İngiltərədə sərnişini istədiyi nöqtələrə mümkün qədər yaxınlaşdırmaq məqsədilə marşrutu qismən tənzimlənən avtobusa zəng etmək üçün “ArrivaClick” xidməti işə salınıb.

Çinin bir neçə şəhərində süni zəka əsasında “Didi Chuxing” sistemi tətbiq edilib. Bu proqram şəhər trafikini optimallaşdır.

Moskvada, 2022 -ci ilə qədər, bütün şəhər xidmətlərini və bir sıra özəl nəqliyyat xidmətlərini birləşdirəcək MaaS platformasının işə salınması planlaşdırılır.