-3 C
Baku
Sunday, December 15, 2024

Mercosur

0

Have a Question?

“Mercosur” və ya “Mercosul” (ispanca Mercado Comu’n del Cono Sur) – Cənubi Amerika ölkələrinin ortaq bazarı, habelə bir neçə ölkə arasında bağlanmış iqtisadi və siyasi razılaşmadır (Argentina, Uruqvay, Braziliya,  Paraqvay və Venesuela; 2012-ci il 31 iyul). Bu gün assosiativ üzvlər sırasına Çili, Kolumbiya, Ekvador, Peru və Boliviya daxildir. Rəsmi müşahidəçilər kimi təşkilatın fəaliyyətində Meksika və Yeni Zelandiya iştirak edir.

Böyüklüyü və iqtisadi potensialı baxımından “Mercosur” AB-dən sonra dünyada ikinci ən böyük gömrük ittifaqıdır. Bu bazar Latın Amerika ərazisinin 60%, əhalinin isə 75%-ni təşkil edir.

Təşkilat 1991-ci ildə Asunsone müqaviləsinin bağlanması ilə quruldu. 1994-ci ildə razılaşmaya bir sıra dəyişikliklər əlavə edildi, eyni zamanda “Mercosur” un strukturu müəyyənləşdirildi. Təşkilatın əsas orqanı Ümumi Bazar Şurasıdır.

“Mercosur” un yaradılması iştirakçılar arasında qarşılıqlı ticarətin artmasına səbəb oldu: 1991-ci ildən 1997-ci ilə qədər altı dəfə. Bu ölkələr arasındakı sərbəst ticarət zonasında məhsulların 90%-ə gömrük rüsumları aradan qaldırılıb və üçüncü ölkələrlə ticarət zamanı idxal olunan malların 85%-i üçün ümumi tariflər tətbiq olunub.

“Mercosur” Hindistan, İsrail və eyni zamanda digər iqtisadi qruplaşmalar ilə preferensial müqavilələr bağlayıb.

2015-ci ilin dekabrın 21-də keçirilən sammitdə “Mercosur” ilə Avrasiya Komissiyası, Cənubi Koreya və Ekvador arasında əməkdaşlıq haqqında sənədlərin hazırlanma mərhələsini keçdiyi məlum oldu.