2 C
Baku
Saturday, December 14, 2024

PaaS (xidmət kimi platforma) nədir?

0

Have a Question?

PaaS (Platform as a Service – “xidmət kimi platforma”) – tətbietmələrin yaradılması, sınanması və dəstəyi üçün müştəriyə təqdim edilən proqram mühitidir.

Daha sadə desək, “Rik və Morti” serialının qəhrəmanı Rikin təchiz olunmuş qarajını xatırlayırsınızmı? Təcrübə apara biləcəyiniz əsl laboratoriyadır! Əgər ixtiraçının nəvəsi sevgi eliksiri yaratmaq istəsə, onun avadanlıq və maddələr almasına ehtiyac qalmayacaq. O, Rikin qarajından istifadə edəcək.

PaaS modeli də belə işləyir. Məsələn, şirkət öz tətbiqini yaratmalıdırsa, o bunun üçün mühit formalaşdırmaq üçün texniki detallara dərindən girmək, vaxt, əmək və maliyyə sərf etməli deyil. Biznes bulud xidmətini icarəyə götürə və bütün proqramlarını orada yarada bilər.

Nüanslar

Xidmət olaraq platformanın üstün cəhəti odur ki, o dərhal işə hazırdır. PaaS istifadəsi tətbiqlərin inkişaf etdirilməsi, sınağı və çatdırılması sürətini artırır.

Platform xidmətləri texnoloji cəhətdən inkişaf etmiş ölkələrdə məşhurdur. İnkişaf etmiş biznes üçün PaaS infrastruktur investisiyalarının qarşısını almağa və yeni istiqamətləri tez bir zamanda açmağa imkan verir. Startaplar üçün isə PaaS çox vaxt daha ucuz qiymətə (və ya hətta pulsuz) başa gəlir.

Bəzi PaaS proqramçılara fərqli layihələr üzərində birgə işləməyə imkan verir: bütün inkişafetdiricilər inkişaf mühitinə uzaqdan daxil olur.

PaaS özündə aparat təminatı, əməliyyat sistemi, verilənlər bazasının idarəetmə sistemləri, ara proqramlar, test alətlərini əhatə edir.

Fakt

PaaS xidmətini həmçinin bulud bazarının oyunçuları – Amazon Web Services və Microsoft Azure də göstərir.