18 C
Baku
Sunday, April 28, 2024

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (Statement of cash flows)

0

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (Statement of cash flows)

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (statement of cash flows) – hesabat dövrü ərzində özündə pul vəsaitlərinin (pul girişi və çıxışları) və onların ekvivalentlərinin hərəkətini əks etdirən sənəddir.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması və təqdim olunması Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IAS) 7 ilə tənzimlənir. Sözügedən bu hesabat bütün müəssisələr tərəfindən mütləq olaraq təqdim edilməlidir.

Pul vəsaitlərinə vasitəsiz olaraq pullar və bank əmanətləri aiddir.

Pul ekvivalentlərinə dəyərinin dəyişməsi riski nisbətən az olan qısamüddətli yüksəklikvidli investisiyalar aiddir. MHBS pul vəsaitləri qismində bank overdraftlarını nəzərdən keçirir, yəni MHBS -ə uyğun olaraq təşkil edilmiş hesabatda pul vəsaitləri qalığı mənfi ola bilər.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda pul axınları üç fəaliyyət növünə görə qruplaşdırılır:

Əməliyyat fəaliyyəti (Operating cash flows) – Müəssisənin gündəlik əməliyyatlarından daxil olan və ya çıxan pul axınıdır. Müəssisənin əsas gəlir gətirən fəaliyyətidir.

İnvestisiya fəaliyyəti (İnvesting cash flows) – Müəssisə tərəfindən gündəlik əməliyyatı davam etdirmək üçün uzunmüddətli aktivləri alıb satması zamanı daxilolan və ya çıxan pul axınıdır.

Maliyyələşdirmə üzrə fəaliyyət (Financing cash flows) – Səhmlərin satılmasından daxil olan pul axınları, səhmdarlara dividendlərin verilməsi zamanı çıxan pul axınını və s. özündə əks etdirir.

Müəssisə pul vəsaitlərinin hərəkəti haqqında hesabatı aşağıdakı metodlardan birindən istifadə etməklə hazırlamalıdır:

-xalis pul vəsaitlərinin daxilolmaları və xaricolmalarının əsas növləri haqqında informasiyanı açıqlayan birbaşa metod;

-qeyri-pul xarakterli əməliyyatların nəticələri, əməliyyat fəaliyyətindən hər-hansı təxirə salınmış və hesablanmış keçmiş və gələcək pul vəsaitlərinin daxilolmaları və ya xaricolmaları, eləcədə investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti ilə bağlı gəlirlərin və ya xərclərin maddələri nəzərə alınmaqla xalis mənfəət və ya zərəri təhsis edən dolayı metod.

Müəssisələrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarını birbaşa metod əsasında tərtib etmək

tövsiyyə edilir. Bu metod müəssisələrə pul vəsaitlərinin gələcək hərəkətini qiymətləndirmək üçün faydalı olan və dolayı metod əsasında təqdim edilməsi mümkün olmayan informasiyanı təqdim etmək imkanı verir. Birbaşa metodun istifadəsi zamanı pul vəsaitlərinin xalis daxilolmaları və xaricolmalarının əsas növləri barədə informasiya aşağıdakı mənbələrdən əldə edilə bilər:

–           müəssisənin mühasibat yazılışlarından;

–           satışdan əldə edilmiş gəlirə, satışın ilkin dəyərinə (maliyyə təşkilatları üçün faizlərə və oxşar gəlirlərə, eləcədə ödənilən faizlərə və oxşar xərclərə)  və aşağıdakılar nəzərə alınmaqla, mənfəət və zərər haqqında hesabatın digər maddələrinə düzəlişlər edilərək:

  1. hesabat dövrü ərzində ehtiyatlarda və əməliyyat debitor və kreditor borclarında dəyişikliklər;
  2. digər qeyri-pul maddələri;
  3. investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin axınının yaranmasına gətirib çıxaran digər maddələr.

Dolayı metodun istifadəsi zamanı əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti aşağıdakılar nəzərə alınmaqla, xalis mənfəət və ya zərərə düzəlişlər edilərək müəyyənləşdirilir:

  1. hesabat dövrü ərzində ehtiyatlarda və əməliyyat debitor və kreditor borclarında baş verən dəyişikliklər;
  2. amortizasiya, qiymətləndirilmiş öhdəliklər, təxirə salınmış vergilər, xarici valyutada əməliyyatlardan yaranmış və istifadə edilməmiş gəlirlər və xərclər və asılı təsərrüfat cəmiyyətinin bölüşdürülməmiş mənfəətləri kimi qeyri-pul aktivləri;
  3. investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti ilə nəticələnən bütün digər maddələr.

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti haqqında informasiya mənfəət və zərər haqqında hesabatda təqdim edilən gəlirlərin və xərclərin, ehtiyatlarda dəyişikliklərin və hesabat dövrü ərzində əməliyyat debitor və kreditor borcunun əks etdirilməsi vasitəsilə alternativ olaraq, dolayı metodun istifadəsi ilə təqdim edilə bilər.