Have a Question?
Renta – kapitaldan, istiqrazlardan, əmlakdan və ya torpaqdan əldə edilən gəlirdir, hansıki alıcıdan sahibkarlıq fəaliyyətini tələb etmir.
Renta gəlirindən faydalanan insana rantye deyilir. Klassik tərifdə renta – səhmlərdən gəlir, daşınmaz əmlakdan isə dividend almaq deməkdir. Lakin bu terminin daha geniş anlayışı da var. Məsələn, inzibati (kompensasiya) və ya korrupsiya (məmurların aldığı rüşvət) və resurs (təbii) rentası da var – mədəndən ölkə büdcəsinə daxil olan gəlir.
Nüanslar
Renta müqaviləsi – sahibinin ölümünə qədər maddi dəstəyi müqabilində daşınmaz əmlakın verilməsini nəzərdə tutan razılaşma növüdür. Çox vaxt bu növ razılaşmadan qocaman mülk sahibləri istifadə edirlər.
Daşınmaz əmlakın sahibi ömrünün sonuna qədər mənzilində yaşayır və nağd ödəniş şəklində renta alır. Mülkiyyətçi öldükdən sonra mənzil müqavilə bağlamış renta ödəyicisinə verilir.
Eyni zamanda nağd ödənişləri deyil, baxım xidmətlərinin göstərilməsini də nəzərdə tutan müqavilə növü var. Buna ömürlük xidmət müqaviləsi deyilir.