17 C
Baku
Sunday, May 5, 2024

Risk Control nədir (risklərin idarə edilməsi)?

0

Risk Control nədir (risklərin idarə edilməsi)?

Xüsusi metoddur ki, onun köməyi ilə şirkətlər potensial zərərlərin qiymətləndirərək, onların azaldılmasına və ya aradan qaldırılmasına yönəlmiş tədbirlər görürlər. 

Risklərin idarə edilməsi metodunda qiymətləndirmənin nəticələrindən istifadə edilir (şirkətin fəaliyyətində potensial amillərin müəyyən edilməsi, məsələn, biznesin texniki və qeyri-texniki aspektləri və şirkətin rifahına təsir edə biləcək digər siyasətlər), daha sonra isə bu sahələrdə gözlənilməz situasiyaların azaldılmasına yönəlmiş bir sıra dəyişiklər əlavə olunur.

Risk Control termininin izahı

Risklərin idarə edilməsi qiymətləndirmə zamanı əldə edilmiş məlumatların istifadəsini, gözlənilməz situasiyaları idarə etmək üçün dəyişikliklərin tərtib və tətbiq edilməsini nəzərdə tutur. Risklərin idarə edilməsi özündə yeni siyasət və standartların, fiziki və prosessual dəyişikliklərin tətbiqini əhatə edə bilər. Risklərin idarə edilməsi ən mühüm tədbirlərdən biri kimi, şirkətlərə riskləri müəyyən etməyə və aradan qaldırmağa imkan verir.