6 C
Baku
Sunday, December 15, 2024

S&P 500 nədir?

0

Have a Question?

Standard & Poor’s 500 Index – S&P 500 – özündə ABŞ-ın 500 şirkətinin səhmlərini birləşdirən göstəricidir. Şirkətin bu siyahıya daxil olması üçün nəzərə alınan əsas amillər: bazardakı payı, likvidlik və digər göstəricilər. S&P 500 indeksi ABŞ-ın qiymətli kağızıdır və kapitallaşması böyük olan şirkətlərin risk və gəlirlərini əks etdirir.

Standard & Poorfs 500 Index terminin izahı

Siyahıya daxil olan şirkətlər S&P İndeks komitəsinin analitikləri və iqtisadçıları tərəfindən seçilirlər. S&P 500 indeksi – üzən kapitallaşma göstəricisidir. Hər bir səhmin payı onun bazar dəyərinə mütənasibdir.

S&P 500 ümumi ABŞ fond bazarı üçün ən çox istifadə edilən göstəricilərdən biridir. Dow Jones Industrial Average (DJIA) indeksi bir zamanlar amerikan səhmlərinin ən məşhur siyahısı olub. Lakin qeyd etmək lazımdır ki, DJ IA indeksinə cəmi 30 şirkət daxildir, bu səbəbdən insanların əksəriyyəti S&P 500 liderliyini qəbul edir.

Digər məşhur göstəricilərə aiddir:

  • Standard & Poor: S&P 600 – bazar kapitallaşması 300 milyon dollardan 2 milyard dollara qədər olan kiçik şirkətlərin indeksi
  • S&P 400- bazar kapitallaşması 2 milyard dollardan 10 milyard dollara qədər olan orta şirkətlərin indeksi

Sərmayəçilər S&P 500 indeksinə əsaslanan bir sıra maliyyə məhsullarından istifadə edirlər. Onlara indeks və birja fondları aiddir. Buna baxmayaraq, fərdi sərmayəçi üçün  indeks satın alması kifayət qədər mürəkkəb bir məsələdir, çünki bu halda o 500 müxtəlif səhm almalı olacaq.