19 C
Baku
Sunday, May 5, 2024

SaaS (xidmət kimi proqram təminatı) nədir?

0

SaaS (xidmət kimi proqram təminatı) nədir?

SaaS (Software as a Service – “xidmət kimi proqram təminatı” və ya “xidmət kimi məlumat”) – abunə yolu ilə əldə edilən proqram təminatıdır.

Sadə dillə desək, bir insanın işi və həyat tərzi çox səyahət etməyi nəzərdə tutursa, avtomobil almaq onun üçün yaxşı seçimdir. Yox, əgər ona yalnız vaxtaşırı səyahət etmək lazımdırsa, taksi və ya icarə xidmətindən istifadə etmək daha məqsədəuyğundur. Bu halda o yalnız xidmətin özü – təyinat yerinə çatdırılma üçün ödəniş edir (vergi ödəmir, sığorta və benzin almır).

Proqramı təminatında da belədir. SaaS – İT dünyasındakı taksidir: əgər hər hansı bir xidmətə ehtiyacınız varsa, abunə olun və istifadə edin. Əgər artıq heç bir xidmətə ehtiyacınız yoxdursa, abunəliyi yeniləməyin.

Nüanslar

Xidmət kimi proqram təminatı – İT bazarı üçün gənc bir istiqamətdir. SaaS-modeli ilə istifadəçi yalnız abunə haqqını ödəyir – o, proqramın özünü yükləmir. SaaS iş adamlarına proqram təminatı üçün (uzunmüddətli planlaşdırma mümkün olmadıqda) daha az pul xərcləməyə imkan verir, çünki bahalı proqramlar üçün adətən lisenziya tələb olunur, hansıki daha baha başa gəlir. Bir qayda olaraq, icarə məbləğinin fərqli şərtlərə görə dərəcələri olur. Məsələn, əgər iş adamı yeni işçilər işə götürürsə, daha çox proqram üçün ödəniş edəcək, işdən çıxarırsa – abunə sayını azaldacaq.

Lakin başa düşmək lazımdır ki, avtomobilin və ya daşınmaz əmlakın icarəyə götürülməsində olduğu kimi, burada da uzunmüddətli istifadə zamanı müəyyən endirimlər olacaq.
Əgər sahibkar SaaS-modelin köməyi ilə xərclərini optimallaşdırırsa, inkişafetdiricilər onun vasitəsilə proqramdan lisenziyasız istifadəyə qarşı mübarizə aparırlar.

Biznes dünyasında abunəlik yolu ilə əldə edilən xidmətlərə B2B SaaS (B2B = BtoB = Business to Business = “biznes üçün biznes”) deyilir. Bunlar analitik vasitələr, kontekstli reklam, virtual ATS, vəzifələrin təyin və idarə edilməsi xidmətləri, inkişaf etmiş proqram təminatının mənbə kodlarının saxlanması xidmətləri və s. ola bilər.