16 C
Baku
Monday, May 20, 2024

“Epic Games” işçilərinin 16%-ni ixtisar edir

Video-oyun tərtibatçısı “Epic Games” işçilərinə qarşıdan gələn ixtisarlar barədə xəbərdarlıq edib. Şirkət rəhbərliyi 870 nəfəri, yəni işçilərin təxminən 16%-ni, yəni 870 nəfəri ixtisar etmək niyyətindədir.

Xatırladaq ki, “Epic Games” məşhur “Fortnite” və “Unreal Engine” oyunlarının tərtibatçısıdır. Şirkətin istifadəçi bazası 400 milyon nəfəri ötür.

“Epic” son aylarda kütləvi ixtisarları elan edən oyun sektorunun ilk nümayəndəsi deyil. Keçən ay İsveçin oyun konqlomeratı “Embracer Group AB” İllinoys ştatında yerləşən “Volition”u bağlayıb. “Pokemon Go” oyununun istehsalçısı “Niantic Inc.” iyun ayında “Los Angeles” oyun studiyasını işçi qüvvəsinin təxminən 25%-ni ləğv edən yenidənqurma çərçivəsində bağladığını elan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər