15 C
Baku
Saturday, April 27, 2024

“Equinor” şirkəti Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edib

Norveçin enerji şirkəti “Equinor” Stiq Otlandın (Stig Aatland) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub.

Şirkətdən verilən məlumata görə, S. Otland öz yeni vəzifəsinin icrasına bu ilin sentyabr ayından etibarən, “Equinor”un Bakıdakı ofisində başlayacaq. S.Otland bu vəzifədə şirkətin Azərbaycandakı fəaliyyətinə 2017-ci ildən rəhbərlik edən Favad Quraişini əvəz edəcək.

Qeyd edək ki, Stiq Otland 15 ildən artıq neft və qaz sənayesində peşəkar iş təcrübəsinə malikdir. O, 2006-cı ildən “Equinor” (əvvəl “Statoil”) şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Yeni təyinatına başlamazdan əvvəl, Stiq Qlobal Kəşfiyyat və Qazma İşləri üzrə vitse-prezident, Norveç kontinental şelfində üçüncü ən böyük neft yatağı olan “Yohan Sverdrup” layihəsində qazma və quyular üzrə vitse-prezident, Stavanger mobil qazma qurğuları üzrə vitse-prezident və “Equinor”un Norveç kontinental şelfində bütün mobil qazma qurğuların əməliyyatları üzrə rəhbər vəzifələrində çalışıb. Hal-hazırda o, həmçinin Beynəlxalq Kəşfiyyat və Hasilat üzrə vitse-prezident vəzifəsini tutur.

“Equinor”un Azərbaycan üzrə rəhbəri vəzifəsinə təyin olunduğum üçün çox məmnunam. “Equinor” şirkəti Azərbaycanda 30 ilə yaxındır ki fəaliyyət göstərir, bu bizim ən böyük və ən uzunmüdətli beynəlxalq öhdəliklərimizdən biridir. 1994-cü ildən bəri AÇG layihəsindəki tərəfdaşlarımızla birlikdə möhtəşəm nailiyyətlər əldə etmişik, və bundan sonra da Azərbaycana olan möhkəm bağlılığımızı göstərməkdə davam edəcəyik. Halhazırda, AÇG yat ağındakı mövqeyimizlə yanaşı, Xəzər dənizinin Azərbaycana aid sektorunda yeni imkanları dəyərləndiririk və SOCAR-la olan əməkdaşlığımızı daha da dərinləşdirilmək niyyətindəyik”, – bu sözləri əsrin müqaviləsinin 27-ci il dönümü ərəfəsində “Equinor” şirkətinin Azərbaycan üzrə yeni rəhbəri təyin olunan cənab Stiq Otland qeyd edib.

Stiq Otland, Trondheim şəhərində yerləşən Norveç Elm və Texnologiya Universitetində “Neft texnologiyası (qazma, hasilat və rezervuar)” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. O, Norveç vətəndaşıdır. Ailəlidir, üç övladı var. Norveç və İngilis dillərində sərbəst danışır.

Xatırladaq ki, “Equinor” şirkəti (2018-ci ilədək “Statoil”) Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət “AzəriÇıraq-Günəşli” (AÇG) yataqlar bloku layihəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (7,27 %) və BakıTbilisi-Ceyhan (8,71 %) neft boru kəmərinin iştirakçısıdır. 2018-ci ilin may ayında SOCAR və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi və Əşrəfi – Dan ulduzu – Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişi imzalamışlar. Sazişlərə əsasən şirkətlər bərabər paya malikdirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər