10 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan İsraili hədələyib

“Türkiyə bir vaxtlar Liviyaya girdiyi kimi İsrailə də girə bilər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Liviyaya girdiyimiz kimi, İsrailə də eyni şeyi edə bilərik. Mümkün olmayan heç nə yoxdur. Bu cür addımlar atmaq üçün sadəcə güclü olmaq lazımdır”, – deyə Ərdoğan bildirib.

Qeyd olunur ki, bununla da o, bir daha Fələstinə hər vasitə ilə dəstək verməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Türkiyə Məclisi hərbi kontingentinin Liviyada olması mandatını 24 ay uzadıb. Hərbi kontingent Türkiyə ilə Milli Razılıq Hökuməti arasında hərbi əməkdaşlıq haqqında imzalanmış müqavilə əsasında oradadır.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər