16 C
Baku
Thursday, May 16, 2024

Ərdoğan və Rəisi Qəzza zolağında atəşkəsin uzadılmasını müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar aparıb. Tərəflər Qəzza zolağındakı vəziyyəti və humanitar yardımı müzakirə ediblər. Bu barədə “Anadolu” agentliyi Türkiyə prezidentinin ofisinə istinadən məlumat yayıb.

Ərdoğan deyib ki, İran və Türkiyə müvəqqəti atəşkəsin qalıcı olması və daimi sülhün əldə edilməsi üçün birlik içində işləməyə davam edəcəklər. Liderlər Qəzza zolağında fələstinlilərə yardımın çatdırılması, eləcə də hərbi əməliyyatların daimi dayandırılmasına nail olmaq üçün tədbirlər haqqında danışıblar.

Noyabrın 24-dən Qəzza zolağında dörd günlük atəşkəs rejimi qüvvədədir və bu müddət ərzində İsrail və HƏMAS fələstinli əsir və girovları dəyişdirirlər. ABŞ Prezidenti Co Bayden də İsrail tərəfini hərbi əməliyyatların dayandırılması müddətinin uzadılmasına razı salmaq planlarını açıqlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər