5 C
Baku
Saturday, December 14, 2024

“Ericsson” Rusiyada $130 mln. itirib

İsveç telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” Rusiya bazarını tərk etdikdən sonra 1.2 milyard kron (130 milyon dollar) itirib, bu barədə şirkətin 2022-ci ilin ikinci rübü üçün maliyyə hesabatında deyilir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ericsson-un əməliyyat mənfəəti 7.3 milyard kron (780 milyon dollar) təşkil edib – bu, analitiklərin 8 milyard (850 milyon dollar) təşkil edən proqnozlarından bir qədər azdır, lakin ötən ilin analoji dövrü ilə müqayisədə 5,8 milyard kron (620 milyon dollar) çoxdur.

Hesabata görə, 2022-ci ilin ikinci rübündə şirkətin dövriyyəsi 62.5 milyard kron (6.67 milyard dollar), 2021-ci ilin ikinci rübündə 54.9 milyard kron (5.86 milyard dollar) təşkil edib.

“Ericsson”un səhm başına qazancı 2021-ci ildəki 1.10 krondan 1.35 krona yüksəlib. Rüblük gəlir keçən ilki 54.94 milyard krondan 14% artaraq 62.47 milyard krona çatıb.

“Ericsson” aprelin 14-də Rusiya bazarından çıxdığını elan edib. Fevralın sonunda Ukraynadakı hərbi əməliyyatla əlaqədar şirkət Rusiyada məhsul tədarükünü dayandırıb.

Son xəbərlər
Digər xəbərlər