9 C
Baku
Friday, December 13, 2024

Erməni spiker Rusiyaya verilən notadan danışıb: Qoy, gələn dəfə iki dəfə düşünsünlər

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya səfirinin XİN-ə çağırılmasına münasibət bildirib.

Alen Simonyan jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması məsələsinə toxunub.

Onun sözlərinə görə, Ermənistan heç vaxt Rusiya ilə münasibətlərdə özünü müttəfiq və ya tərəfdaş olmayan tərəf kimi göstərməyib.

Simonyan qeyd edib ki, Rusiyanın “Birinci kanal”ında yayımlanan, səfirin XİN-ə çağırılmasına səbəb olan verilişdə Ermənistanın yüksək rütbəli məmurlarının ünvanına təhqiramiz ifadələr işlədilib və bu tip verilişin hazırlanması ilk belə hal deyil.

Ermənistan parlamentinin sədri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatını, təbliğatla məşğul olan məşhur şəxslərin açıqlamalarını və təhqirlərini də xatırladıb.

Simonyan bildirib ki, bu cür addımlar Ermənistan cəmiyyətində əks effekt yaradır.

“Qoy, gələn dəfə belə bir addım atmamışdan əvvəl iki dəfə düşünsünlər”, – Simonyan vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Ermənistandakı səfiri Kopırkin Xarici İşlər Nazirliyinə çağırılıb. Qeyd olunub ki, 2023-cü il oktyabrın 23-də Rusiyanın “Birinci kanal”ında yayımlanan proqramda Ermənistanın yüksək rütbəli məmurlarına qarşı tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Bununla bağlı diplomata etiraz notası bildirilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər