18 C
Baku
Monday, May 27, 2024

Ermənistan Azərbaycanla sülh danışıqlarına başlamağa kömək üçün Minsk Qrupuna müraciət edəcək

Ermənistan Azərbaycanla sülh danışıqlarında vasitəçilik etməsi üçün yaxın vaxtlarda ATƏT-in Minsk Qrupuna müraciət edə bilər.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Armenpress”-ə bildirib.

“Sənəd imzalanması üçün təbii ki, danışıqlar prosesi getməlidir. Hər iki tərəfdən səslənən bəyanatlar danışıqları prosesinə keçmədiyindən və iki ölkənin birbaşa danışıqlar aparmaq təcrübəsi olmadığından Ermənistan sülh danışıqlarının başlanmasına yardım göstərməsi üçün yəqin ki, yaxın vaxtlarda ATƏT-in Minsk Qrupu həmsədrliyinə müraciət edəcək”, – deyə XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, həm Azərbaycan, həm də Ermənistan sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər