12 C
Baku
Friday, March 29, 2024

Ermənistan Hindistandan HHM sistemləri ala bilər

Ermənistan Hindistanla bu ölkənin istehsalı olan “Akash MK-1/MK-2” və “Akash-NG” hava hücumundan müdafiə (HHM) sistemlərinin alışı barədə danışıqlar aparır.

Bu barədə “İndian Defence Research Wing” məlumat yayıb.

Hindistan istehsalı olan “Pinaka” MK2 raket qurğuları, tank əleyhinə komplekslər, “Swathi” radar sistemləri, müxtəlif sursatların sifarişi ilə yanaşı, həmçinin keçən həftə “Bharat Forge” şirkətinin istehsalı olan 70-dən çox “MArG 155 – BR” özüyeriyən artilleriya qurğuları da sifariş olunduğu bildirilib.

O da əlavə olunub ki, hal-hazırda Ermənistan ona təklif olunan zenit-raket kompleksləri variantlarından ikisini nəzərdən keçirir.

Ermənistan Hindistandan orta mənzilli HHM sistemi almağı planlaşdırır və bu səbəbdən də təklif olunan “Akash MK-1/MK-2” və “Akash-NG” sistemləri təklifini müzakirə edir. Bu barədə tez bir zamanda razılığa gəlinəcəyi əlavə olunub.

Ermənistanın həmçinin Hindistan istehsalı olan dron-kamikadzelər və pilotsuz uçuş aparatları (PUA) əleyhinə sistemlərin alışına da maraq göstərdiyi qeyd edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər