23 C
Baku
Friday, April 26, 2024

Ermənistan Təhlükəsizlik Şurasının katibi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində görüşlər keçirib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında görüşlər keçirib.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi “Facebook” hesabında bildirib.

“Vaşinqtona səfərim çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahında işgüzar görüşlərim oldu”, – Qriqoryan deyib.

O, görüşlə bağlı detalları açıqlamayıb.

Bundan əvvəl Qriqoryan Pentaqonda ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər