“Ermənistan və Azərbaycan bəzi məsələlərdə irəliləyiş əldə edib, lakin fundamental məsələlərdə yox”.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvandakı Qələbə parkında jurnalistlərə açıqlamasında deyib.
“Danışıqlarda məlum prinsip var – hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Hesab edirəm ki, bu danışıqlara bu baxımdan yanaşmaq lazımdır… Bir daha qeyd etmək lazımdır ki, danışıqlar gedir”. – A.Qriqoryan bildirib.
O xatırladıb ki, Brüsseldə, ondan sonra Kişineuda ən yüksək səviyyədə görüşün keçirilməsi planlaşdırılır və görüşə Prezident Emmanuel Makron və kansler Olaf Şolts da qoşulacaq.
“Yanaşmaların maksimum yaxınlaşması istiqamətində işləməyə və irəliyə doğru addımlamağa çalışaq”, – katib söyləyib.