15 C
Baku
Thursday, May 16, 2024

Ermənistan və Azərbaycan qaz kəmərlərinin bərpası məsələsini hələ müzakirə etməyiblər

Ermənistan və Azərbaycan qaz kəmərlərinin bərpası məsələsini hələ müzakirə etməyiblər.

Bu barədə “Sputnik-Ermənistan”a Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-biri ilə bu magistral qaz kəmərləri vasitəsilə birləşdirilmişdi: Qazax-İrəvan, diametri 1000 mm, 6 km-i bərpa olunmalıdır; Şərur-İrəvan, diametri 700 mm, 22 km bərpa edilməlidir; diametri 700 mm olan Gorus-Naxçıvan 16.5 km-lik hissəsi bərpa olunmalıdır.

“Məlumat veririk ki, Azərbaycan tərəfi ilə bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb”, – nazirlik qeyd edib.

Qeyd edilib ki, bu ərazilərin bərpası xərclərinə gəlincə, bu məsələ də hələ müzakirə olunmayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər