9 C
Baku
Friday, December 13, 2024

Ermənistan və Fransanın TIR-ları Laçınla sərhəddən geri qaytarıldı – Video

Ermənistandan 26 iyul tarixində 400 ton “humanitar yardım”ın Qarabağın erməni əhalisinin guya “humanitar blokadadan” xilas etmək üçün göndərdiyi TIR-ları Laçın istiqamətindən geriyə, Ermənistana doğru hərəkət etməyə başlayıb.

19 Ermənistana məxsus TIR -dan əlavə Fransanın göndərdiyi 2 TIR da geri qaytarılıb.

Bu da Azərbaycanın Ermənistanın yalan, qarayaxma siyasətində, uydurma “humanitar böhran”, Qarabağ ermənilərinin blokadası” kimi dezinformasiyalarının tamamilə fiaskoya uğradığının növbəti təsdiqidir. Azərbaycan bununla eyni zamanda ermənipərəst qüvvələrə, separatçıları dəstəkləyən Qərb dairələrinə də yerini göstərmiş oldu.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Həmin kadrları təqdim edirik:

Son xəbərlər
Digər xəbərlər