Ermənistan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə SputnikARM məlumat yayıb.
Məsləhətləşmələr Yeni Dehlidə Ermənistan və Hindistan xarici işlər nazirlərinin müavinləri – Mnatsakan Səfəryan və Sanjay Vermanın rəhbərliyi altında baş tutub.
Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, Ermənistan-Azərbaycan əlaqələri və kommunikasiya layihələri müzakirə edilib.