2 C
Baku
Sunday, December 15, 2024

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü olub – Yenilənib

14:52

Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrinin 5-ci görüşü baş tutub.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü ilə bağlı bəyanat verilib. Qeyd olunub ki, xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

“Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər”.

***

12:42

Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçınsayca arasında 5-ci görüş keçirilir.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin əvvəlki görüş 2 il əvvəl – 2022-ci il iyulun 1-də Vyanada baş tutub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər