15 C
Baku
Saturday, April 20, 2024

Ermənistandan sülhlə bağlı ciddi mesajlar alırıq – XİN başçısı

Regionda kommunikasiyaların açılması, Azərbaycanla-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası üçün İşçi Qrupunun yaradılmasının labüdlüyü barədə Azərbaycan tərəfinin təklifləri barədə bugünkü görüşümüzdə italiyalı həmkarımı məlumatlandırdım.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, italiyalı həmkarına Ermənistana sülh sazişi üzrə verilən təklif və həmin sazişin təməl baza prinsipləri ilə bağlı Azərbaycanın fevral ayından bəri təqdim etdiyi təkliflər barədə məlumat verib:

“Son günlər Ermənistan tərəfdən müxtəlif şəxslərdən bu istiqamətdə müsbət mesajlar alırıq. Güman etmək istərdim ki, bu həqiqətən də ciddi bir yanaşmanın təzahürüdür. Hər hansı ictimai məlumatlandırma kampaniyası deyil. Azərbaycan öz mövqeyini açıq şəkildə ifadə edib. Əgər Ermənistan həqiqətən də bu proseslə ciddi məşğul olmağa hazırdırsa, Azərbaycan buna qarşılıq verməyə, konkret addımlar atmağa hazırdır”.

 

 

Son xəbərlər
Digər xəbərlər