Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ölkəsinin Rusiyaya səfiri təyin olunub.
“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan uyğun sərəncam imzalayıb.
Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri olub. Sonra siyasətlə məşğul olub. 2002-ci ildə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan onu general-leytenent rütbəsindən məhrum edib. 2019-cu ildə Armen Sarkisyan onun rütbəsinin bərpa olunmasına dair sərəncam imzalayıb. 2020-ci ilin avqustunda Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviri təyin edilib. Vaqarşak Arutyunyan 2020-ci il noyabrın 20-dən 2021-ci il iyulun 20-dək müdafiə naziri işləyib.