6 C
Baku
Sunday, December 15, 2024

Ermənistanın sabiq prezidentinin qardaşı “Dağlıq Qarabağ silahlı qüvvələri”nə 20.5 milyon dollar ianə edib

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan bir il yarım əvvəl ona qarşı qaldırılmış cinayət işi üzrə Ermənistana və Qarabağa 27,5 milyon dollar ödəyib.

O, ötən ilin əvvəlində ona qarşı 2018-ci il hakimiyyət dəyişikliyindən sonra başladılan cinayət işi üzrə Ermənistan Respublikasına 3,5 milyard dram (təxminən 7 milyon dollar) məbləğində pul ödəyib.
Baş Prokurorluğunun məlumatına görə, bu məbləğ “cinayətlər ucbatından vurulan zərərin” qarşılanması və cərimələr kimi ödənilib. Aleksandr Sarkisyan rüsum və başqa ödənişlərdən yayınmada ittiham olunub. O, əmlakı müsadirə edilməklə 5 ildən 10 ilə qədər həbs oluna bilərdi. Baş prokurorluq bildirib ki, istintaq vaxtı Aleksandr Sarkisyan vaxtilə ödəmədiyi vergiləri könüllü ödəyərək, cinayət məsuliyyətindən azad edilib.

Baş Prokurorluq 66 yaşlı Aleksandr Sarkisyanın 7 milyon dollardan başqa daha 20,5 milyon dollar “Dağlıq Qarabağ silahlı qüvvələri”nə ianə etdiyini bildirir. Azərbaycan “Dağlıq Qarabağ” adlı ərazinin olmadığını bildirir və Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalan erməni hərbçilərinin fəaliyyətini qeyri-qanuni sayaraq onların bölgədən çıxarılmasını tələb edir.

MənbəBBC News
Son xəbərlər
Digər xəbərlər