“2022-ci ilin 10 ayı ərzində Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 3,8 milyard dollarla rekord həddə çatıb”.
Bunu Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.
O bildirib ki, bu, 2021-ci ilin analoji dövrünün göstəricisini 85 faizdən çox üstələyib:
“Rusiyadan Ermənistana malların idxalı 2,1 milyard dollar olub ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisini 53 faizdən çoxdur. Ermənistandan Rusiyaya ixrac isə 2,1 milyard dollar təşkil edib”.