“Etherium” blokçeyn-platformasının yaradıcısı 27 yaşlı Vitalik Buterin dünyanın ən gənc kriptomilyarderi olub.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “Forbes USA” yazıb.
Nəşrə görə, Buterin hesabında 1.09 milyard dollar dəyərində təxminən 333.520 ETH var.
Qeyd edək ki, Bakı vaxtı ilə 11:50-də “Etherium” 6.77% bahalaşıb və hal-hazırda onun kapitallaşması 387.6 milyard dolları ötüb. Bu baxımdan “Etherium” yalnız “Bitcoin”dən geri qalır.
“Forbes” əlavə olaraq vurğulayır ki, “Etherium” məzənnəsi bankları və sığorta şirkətlərini əvəz etməli olan mərkəzləşdirilmiş maliyyə (DeFi) tətbiqlərinin populyarlığının artması fonunda artmağa başlayıb.
2018-ci ilin fevralında “Forbes” Buterini dünyanın ən varlı kriptomilyarderləri sırasına daxil edib. O dövrdə nəşr milyonçunun sərvətini 400-500 milyon dollar dəyərində qiymətləndirib.