19 C
Baku
Sunday, May 19, 2024

Etibar qazanmadan, müştəri əldə etmək imkansızdır

Müsahibimiz: Müstəqil ekspert Yusif Vəliyev

Yusif bəy, Azərbaycanda marketinqin inkişafını necə qiymətləndirərdiniz?  Sizin bu haqda fikirlərinizi bilmək istərdik.

Azərbaycanda son dönəmlərdə marketinq sektorunda böyük canlanma hiss olunur. Həmçinin ölkədə iqtisadiyyatın, biznes sektorunun sürətli inkişafı marketinq sektoruna da bilavasitə böyük təsirini göstərir. Çünki İqtisadiyyatı, biznesi marketinqsiz düşünmək mümkün deyil. Bununla yanaşı eyni zamanda böyük kadr çatışmamazlığı da özünü göstərir. Çünki yaxın illərə qədər Azərbaycanda marketinq təhsili istənilən səviyyədə deyildi. Bu da öz növbəsində marketinqin inkişafına mənfi təsir göstərirdi. Lakin son dövrlərdə doğan tələbatdan irəli gələrək yeni gənc nəsil arasında marketinqə sürətli meyillənmə müşahidə olunur. Bu da yaxın gələcəkdə marketinqin daha sürətli inkişafına böyük təkan olacaqdır.

Bir  müstəqil  ekspert kimi,  bankların və sığorta şirkətlərinin reklam kampaniyalarını necə qiymətləndirərdiniz? Onlarda hansı nöqsanları müşahidə edirsiniz və ya hansı müsbət tendensiyaları?

Bu gün Azərbaycan bank sektorunda əsasən reklam kampaniyaları kiçik və orta məbləğ kreditin verilməsi istiqamətindədir. Kampaniya etibari ilə də bir-birinin bənzəridir. Hansı ki, elə yalnız istehlak kreditləri üzrə kifayət qədər xidmət, kampaniya təşkil edə bilərlər. Bunu məhsul olaraq uğurlu reklam strategiyasını reallaşdıra bilərlər. Bazarda düzgün araşdırma aparıb, müştəri psixologiyaları daha düzgün analiz olunub, buna uyğun reklam kampaniyaları olmalıdır. Lakin təəsüflər olsun ki, bir sıra bankların reklam kampaniyaları klassik standartlardadır. Kreativlik, müştəriyə yaxınlıq, etibarlılıq qazandırma, psixoloji təsir çox zəifdir. Ümumi istehlak kreditləri deyildiyi zaman daha geniş məfhum olaraq qəbul olunur. Modern Marketinqdə, bank sistemində məhsul çeşidləndirilməsi çox olmalı, hər məhsul daha kiçik kütləni əhatə etməlidir.

Sizin fikrinizcə maliyyə sektorunda müştəri cəlb etməyin ən məqsədə uyğun yolları hansılardır?

Maliyyə sektorunda müştəri cəlb etmək üçün təbii ki, ilk olaraq düzgün, dəqiq marketinq strategiyasının olması mütləqdir. Maliyyə sektorunun özünə xas xüsusiyyətləri vardır. İlk olaraq maliyyə sektorunda marketinqdə əsas məqsəd müştəri etibarını qazanmaq, müştərinin şüur altında ən etibarlı maliyyə dostu olmağa nail olmaqdır. Çünki maliyyə sektorunda müştəri etibarı qazanmadan, müştəri əldə etmək imkansızdır. Digər tərəfdən müştəri ehtiyacları düzgün analiz olunmalı, xidmətlər bu istiqamətdə müştəriyə təklif olunmalıdır.  Bundan başqa müştəri xidmətləri keyfiyyətlərinin yüksəldilməsidə əsas şərtlərdən biridir.  Hal-hazırda bu sahədə problemlər diqqəti cəlb edir. Əgər siz bir şirkət olaraq müştərinin düşüncəsində onun üçün bir şirkət deyil, eyni zamanda ən sadiq dostu, etibarlılığı qazana bilərsinizsə bu zaman istənilən müştərini rahatlıqla əldə edə bilərsiniz. Bu sektorun özünə xas xüsusiyyətlərindən biri də odur ki,  maliyyə sektorunda ,müştərilər bir qurumla uzunmüddətli tərəfdaşlığa meyillidir. Digər sektorlara nisbətən yeni müştəri əldə etmək, müştəri düşüncəsini dəyişdirmək daha çətindir. Belə ki, müştəri bir şirkətlə əməkdaşlıq edirsə, daha tez sadiq müştəri olur. Eyni zamanda itirilən hər bir müştəri , digər sektorlardan fərqli olaraq geri qaytarmaq daha imkansızdır. Bu baxımdan sadiq müştərilərlə daha diqqətli yanaşma mütləqdir.

Mərkəzi Bankın son atdığı addım sizcə bankın marketinqinin işini hansı formada çətinləşdirəcək? Yəni faktiki banklar və sığorta şirkətləri həmən məhsulların marketinqinə kifayət qədər pul xərcləmişdilər – amma proses yarımçıq qaldı.

Təbii ki, bu hal banklar və maliyyə şirkəti üçün müəyyən maliyyə itkisinə səbəb olur. Lakin məhz marketinq yalnız öncədən 100% bilinən bir mühitdə fəaliyyət göstərmək demək deyil. Marketinq hüquq deyil ki, illərlə müəyyən olunmuş qanunlar əsasında işləsin. Məhz marketinqin əsas özəlliyidə budur. Dəyişən mühitdə, bazar şəraitində uğurlu fəaliyyət göstərməkdir. İstənilən ölkədə, istənilən sektorda bu və ya digər şəkildə fors major hallar olur. Məhz bu ani dəyişikliklərə də marketinq strategiyası hər zaman hazır olmalıdır. Strategiyada kiçik taktiki dəyişikliklərlə riskləri imkanlara çevirməkdə mümkündür. Məhz marketinqin özəlliyidə budur. Və ən azı güclü bir marketinq sistemi olan bank və ya şirkət yarana biləcək risklərin kiçik əlamətlərini belə öncədən hiss etməlidir.

Yusif bəy, xahiş edirik ümumən bizim toxunmadığımız amma vacib hesab etdiyiniz məsələləri qeyd edərdiniz.

Ümumi olaraq verdiyiniz suallar, marketinqdə, maliyyə sektorunda ən aktual məsələləri əhatə etdi. Təşəkkür edirəm.

Son xəbərlər
 ⁠
Digər xəbərlər