8 C
Baku
Thursday, December 12, 2024

“Etsy” 1.6 mlrd. dollara “Depop” geyim satışı xidmətini alır

Amerikanın “Etsy” marketpleysi “Depop” reseylini 1.6 milyard dollara alır. Qeyd edək ki, “Depop” gənclər arasında ən çox populyar onlayn satış meydançasıdır.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Xatırladaq ki, “Etsy” şirkəti Amerika bazarında 2005-ci ildən mövcuddur və “hand made” əşyalarının onlayn satışı üzrə ixtisaslaşır. “Depop”un alışı “Etsy”nin fəaliyyət istiqamətini genişləndirəcək və auditoriyanı minimum 30 milyon nəfər artırmağa imkan verəcək. Onların 90%-ni 26 yaşdan aşağı olan gənclər təşkil edir.

“Depop” 2011-ci ildə Böyük Britaniyada yaradılıb. Bu xidmət vasitəsilə istifadəçilər dünyanın 150 ölkəsində ikinci əl geyimlərini alır və satır. Uğurlu marketinq strategiyası reseyl meydançanı “Z” nəsli arasında ən populyar xidmətə çevirib.

“Etsy”yə gəldikdə, marketpleysin 90 milyondan çox alıcısı və 4.5 milyondan çox satıcısı var. 2020-ci ildə şirkətin gəliri 111% artaraq 1.7 milyard dollara çatıb. Xalis mənfəət isə 264% artaraq 350 milyon dollar təşkil edib.

Bildirilir ki, müqavilə bu ilin üçüncü rübündə başa çatdırılacaq. Bundan sonra “Depop” müstəqil biznes kimi fəaliyyət göstərməyə davam edəcək.

Son xəbərlər
Digər xəbərlər