10 C
Baku
Wednesday, December 11, 2024

Everestin etirazı…

Geoqraf, topoqraf və geodezist olan Corc Everest o zamanlar sadəcə 15 Zirvəsi adlandırılan yüksək dağ zirvəsinə öz adının verilməsinə razı deyildi. Onun etirazına baxmayaraq, Kral Coğrafiya Cəmiyyəti hələ onun sağlığında ikən Comolunqma zirvəsini Everest adlandırır.

Corc Everest Coğrafiya Cəmiyyətinin bu addımına haqlı olaraq etiraz edirdi, çünki 15 Zirvəsinin araşdırılması və öyrənilməsində onun hər hansı bir xidməti demək olar ki, yox idi. Corc Everest Britaniya Hindistanında geodeziya xidməti vəzifəsini tərk etdikdən sonra onun yerini Endryu Vo tutmuşdu və Comolunqma zirvəsinin araşdırılmasına bundan sonra başlanılır. Lakin vəzifəyə yeni təyin edilmiş Endryu Vo zirvəni öz sələfinin adı ilə adlandırmağı təklif etmişdi.

Son xəbərlər
Digər xəbərlər